Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2016
13:05
Kərbəla qatilləri seriyasından: Sinan bin Malik bin Ənəs Nəhai

Sinan bin Malik Bin Ənəs Nəhai - Aşura hadisəsində İmam Hüseynin (ə) başını bədənindən ayıraraq şəhid edən şəxs.

Atası Əbu Əmr, babası isə Ənəsdir. Onu babasının adı ilə çağırırdılar. Sinan Kufədə dünyaya gəlib, ancaq nə zaman dünyaya gəldiyi tam dəqiq deyil. İbn Əbil Hədidin nəql etdiyinə görə, Həzrət Əlinin (ə) xilafəti dövründə Sinan kiçik bir uşaq idi. İmam Əli (ə) Həzrət Rəsulullahın (s) övladının (İmam Hüseynin) onun əli ilə şəhid olacağını xəbər vermişdi. Bəzi tarixi sənədlərdə Sinan barəsində davakar və başıboş şair kimi bəhs edilir. Ölüm tarixi mövzusunda ixtilaf var.

Aşura günü

İmam Hüseyn (ə) ömrünün son anlarında, qızdırıcı səhrada bədəni parça-parça olmuş və artıq son anlarını yaşayarkən Ömər bin Sədin ordusundan kimsənin son həmlə edəcək cəsarəti olmadığı halda, Sinan bin Malik bin Ənəs İmam Hüseynə (ə) tərəf gedir. O, nizəylə İmamın kürəyinə və sinəsinə vuraraq şəhid edir. Sonra Havli bin Yezid Əsbəhiyi çağırıb və İmamın başını kəsməsini istəyir. Ancaq Havli titrəməyə başlayır və bunu görən Sinan bin Malik bin Ənəs ona qəzəblənib, İmamın başını özü kəsir. Daha sonra Ömər bin Sədin çadırına doğru gedərək ona, "Kisəmi qızıl və gümüşlə doldur. Mən uca məqam sahibi olan şəxsi öldürdüm", - deyir.

Nəql edildiyinə görə, Ömər bin Səd İmam Hüseynin (ə) başını Havli bin Yezid Əsbəhiyə verib və ordudan əvvəl Kufəyə gedərək Ubeydullah bin Ziyada göstərməsini istəyib.

Aşuradan sonra

Yezidin ölümündən sonra Kufədə baş verən qarışıqlıq zamanı İmam Hüseynin (ə) qatillərindən biri kimi tanınan Sinan bin Malik bin Ənəs gizli şəkildə yaşayıb. Bəzi rəvayətlərə əsasən, Muxtar Səqəfinin qiyamından sonra Kufədən qaçıb və Bəsrədə yaşayıb. Bəzi tarixi mənbələrə görə isə Sinan Muxtar Səqəfinin adamları tərəfindən öldürülüb. Başqa mənbələrə görə isə Həccac Səqəfinin Kufədə hakim olduğu dövrdə ölüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21053

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19643

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
21002

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20563

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26101

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20731
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru