Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2016
16:33
Məzahir Pənahov mətbuatdan razı qalıb

“Azərbaycan mətbuatı referendum prosesini obyektiv işıqlandırıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, hər hansı neqativ hal baş verməyib, hansısa xoşagəlməz olay qeydə alınmayıb.

MSK sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi prezidentin sərəncamı əsasında keçirilib. O qeyd edib ki, 29 maddə üzrə dəyişiklik səsverməyə çıxarılıb: “Seçicilər səsvermə günü seçki məntəqələrinə gələrək səsverməsi üçün bütün şərait yaradılmışdı. Seçki komissiyaları operativ şəkildə işlərini yerinə yetirdilər. Azərbaycan xalqı referendumla bağlı fəallığını nümayiş etdirirdi”.

M.Pənahov vurğulayıb ki, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi istiqamətində işlər həyata keçirib.

MSK sədri bildirib ki, səsvermə beynəlxalq standartalara uyğun keçirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
369

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 19:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru