Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2016
16:52
1864
`Cənub Qaz Dəhlizi layihəsinə daha bir neçə ölkə qoşula bilər`

“Şahdəniz” yatağının işlənməsi 4 mühüm layihədən biridir. Bu layihələr enerji təhlükəsizliyi üçün çox önəmli layihələrdir". 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.

İ.Əliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) icrasında 7 ölkə birləşib: “Gələcəkdə daha bir neçə ölkə bu layihəyə qoşula bilər. Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatı neft və qaza bağlı idi. Amma indi iqtisadiyyatımızda neft və qaz cəmi 30% təşkil edir”.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycanın təbii qaz ehtiyatı 2,6 trln. kubmetrdir: "Azərbaycanın ən böyük qaz yatağı “Şahdəniz”dir. Azərbaycan qazını dünya bazarına çıxarmaq üçün bir çox şirkətlər çalışdı, amma yenə də liderliyi Azərbaycanla Türkiyə etdi və 2012-ci ildə İstanbulda Trans Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün müqavilə imzalandı. TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və bu layihənin ümumi dəyəri 45 mlrd. dollardır”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 11:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com