Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2016
11:47
863
Bəhreyndə Məhərrəmlik mərasimlərinə hücum edilib - FOTO

Bəhreyn Təhlükəsizlik Qüvvələri Buri, Şuhru, Kəranə və Hicr bölgələri də olmaqla 9 ərazidə Məhərrəmlik ayı ilə əlaqədar keçirilən tədbirlərə hücum çəkib, şəhərdə olan  Aşura simvollarını  və Məhərrəm  ayı şüarlarını da dağıdıb.

Polis qüvvələrinin Məhərrəm ayı ilə əlaqədar afişaları və bayraqları  çıxarmağa çalışmasından  sonra  Karazkan  və Nuvenyderatda xalqla qarşıdurma yaşanıb.

Qeyd edək ki, rejim qüvvələri son bir həftədə  35 dəfə müxtəlif bölgələrdə Məhhərrəmlik mərasimlərinə hücum çəkib.

Diyah bölgəsində  mərasim heyəti rəhbərlərinin hamısı polisdə dindirilib. Şəhər sakinləri hüquqmühafizəçilərin bu hərəkətlərinə etiraz olaraq şəhərdə aksiyalar keçirib.

Bundan başqa Bəhreyndə 3 hüquqmühafizəçiyə ölkəni tərk etmək qadağan olunub. Qeyd edək ki, Ali Xəlifə rejimi  aylardır ki, hüquq müdafiəçilərin hər hanı beynəlxalq tədbirlərə qatılmasının qarşısını alır və onlara ölkəni tərk etməyi yasaqlayır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru