Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2016
09:30
1371
AŞPA-nın payız sessiyası başlayır

Bu gün AŞPA-nın payız sessiyası başlayır.

Sessiya oktyabrın 14-dək davam edəcək. Sessiya zamanı Fransa prezidenti Fransua Oland, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcəklər.

Payız sessiyasında Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa dair müzakirələr aparılacaq. Estoniya xarici işlər naziri Jürgen Liqi sədrlik etdiyi AŞ Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verəcək.

Payız sessiyasında 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərinə gedib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
640

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
126

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
93

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
85
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru