Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2016
11:54
1429
Uşaq bağçası yanıb kül oldu - VİDEO

Ötən gün axşam saatlarında Şəmkir şəhəri 5 saylı uşaq bağçası-körpələr evində baş verən hadisə zamanı tərbiyə müəssisəsində heç kim olmayıb. Yanğınsöndürənlərə xəbər verildikdən sonra hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Şəmkir şəhəri 5 saylı uşaq bağçası-körpələr evinin gözətçisi Əsəd Əmiraslanov deyib: “Gördüm, yanğınsöndürən maşını gəldi. Mən məəttəl qaldım ki, bu nə məsələdir. Bir də gördüm ki, çəpərdən bu tərəfə keçdilər. Tez gəlib baxanda gördüm ki, yanır”.

Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, ümumi sahəsi 525 m2 olan birmərtəbəli, 8 otaqdan ibarət uşaq bağçasının anbarı, eləcə də qrup otağı və bir kabinet sıradan çıxıb.

Tərbiyə müəssisəsində alov ilkin olaraq anbardan başlayıb. Daha sonra isə qısa zaman kəsiyində digər otaqlara keçib. Geriyə isə bağçanın tam yararsız hala düşdüyü görüntülər qalıb.

Alov o qədər güclü olub ki, bağçaya məxsus xeyli sayda inventar da yararsız hala düşüb. Ancaq tərbiyə ocağına məxsus sənədlərə heç nə olmayıb.

Şəmkir şəhəri 5 saylı uşaq bağçası-körpələr evinin müdiri Aybəniz Əliyeva deyib: “Bizim bağçada 3 otağa ziyan dəyib. Əşyalardan 2 soyuducu, 1 televizor, musiqi avadanlığı yanıb. Digər stol, stul və yataq dəstlərinin isə dəqiq sayı hələ bilinmir”.

İkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Araşdırmalar bunun nə dərəcədə doğru olub-olmadığını aşkara çıxaracaq. (ARB tv)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 06:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com