Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2016
09:14
Daha bir Qarabağ əlili özünü yandırdı

Oktyabrın 6-da Sumqayıt sakini II qrup əlil Cəmil Məmmədov polis idarəsinin qarşısında özünü yandırıb. Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Bundan sonra cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istənilib:

"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib".

Yaralı 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə alır. Həkimlər onun barəsində danışmaq istəmədilər.

Cəmil Məmmədov 2014-cü ildə - hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var..

Bu hadisə və yaralının anasının ittihamları ilə bağlı hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 22-də də 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoy da özünü Prezident Administrasiyası qarşısında yandırmışdı. O, evinin sökülməsinə etiraz olaraq özünü intihara cəhd etdiyini bildirirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48105

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46152

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47820

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47411

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52963

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 06:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru