Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2016
11:35
737
Əfqanıstanda ikiqat terror olub: 10 uşaq yaralanıb

Əfqanıstanın  Nənqərhar əyalətində iki bombanın partlaması nəticəsində azı 10 uşaq yaralanıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Pajhwok agentliyi xəbər yayıb.

Partlayışlardan biri  Nənqərharın  administrativ mərkəzi  Cəlalabadda, şəhər məktəblərinin yaxınlığında baş verib. Hökumət nümayəndəsi  Attullah Honqinay bildirib ki, 8 uşaq yaralanıb ki, onlardan 7-si qızdı. Uşaqların hamısı xəstəxanaya yerləşdirilib

Digər partlayış  Çaparxar  rayonunda baş verib. Burda da iki uşaq yaralanıb. Honqinayın sözlərinə görə, bomba yerli mağazaların birində partlayıb.

Hələ ki, heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com