Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Oktyabr

2016
09:34
3620
Məsciddə olan bir qrup vəhhabilər həmvətənlərimizə qarşı təxribat törədib - VİDEO

Moskvanın mərkəzi məscidində azərbaycanlı şiələrə hücum olunub. 

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, azərbaycanlılar namaz qılıb qurtardıqdan sonra xütbəyə başlayanda digər tərəfdə olan vəhhabilər azərbaycanlılara hücum edib. Həmvətənlərimizin yerdə oturmağına baxmayaraq, vəhhabilər onlara qarşı əlbəyaxa hücuma keçib. 

Tədbir Əhli Beyt cəmiyyəti tərəfindən təşkil olunub. 20 ildir həmvətənlərimiz bu Mərkəzi məsciddə İmam Hüseyn əzadarlığı keçirir. Yeni məscid tikildikdən sonra isə şiələri oradan uzaqlaşdırmağa çalışırlar.

Şahidlərin sözlərinə görə, həmvətənlərimizi ilk öncə məscidə girəndə üçüncü mərtəbəyə, daha sonra isə məscidin zirzəmisinə göndəriblər. Sonda isə onlar məscidin ikinci mərtəbəsində bir tərəfdə namaz qılmaq istəyib. Bu zaman isə vəhhabilər təxribata əl atıb.

Rusiyanın güc strukturlarının nümayəndələri məsciddə olub. Məscidin qarşısına 4 Amon avtobusu, 10-a yaxın polis maşını cəlb olunub. Məqsəd o idi ki, heç kim məscidə buraxılmasın. Bütün bu hadisələrin baş verməsində səbəb şiələri məsciddən uzaqlaşdırmaq, İmam Hüseyn əzadarlığını saxlamaqlarına mane olmaqdır.

Şərhlər
Asif tərəfindən 05-10-2016 06:00:23 tarixində yazıldı
Məsciddə olan bir qrup vəhhabilər həmvətənlərimizə qarşı təxribat törədib
Təbii ki,belə də olmalıdır.Teymiyyə davamçıları İmam Hüseyn adını eşidəndə canlarına bit birə düşür.Çünki,islam tarixində bütün islam alimləri İmam Hüseyn qatillərinə Əbu Sufyan başda olmaqla Müaviyyəyə,Yezidə,Şümrə lənət oxuyublar.Teymiyyə məlundan başqa.Azərbaycanda da Teymiyyənin tərəfdarları göz qabağındadır.Sovet dönəmində Allahsız dedikləri bir cəmiyyət İmam Hüseyn sədalarını susdura bilmədi.İndi isə teymiyyə tərəfdarları baş qaldırıblar ki,......Unudurlar ki,əsrlər boyu xalqın qəlbində özünə yer tutmuş Haqq-ədalət toxumunu,miliyon teymiyyəçi gəlsə belə silə bilməz!!!!!!!!!!!!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru