Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2016
10:46
1097
Səudiyyə Ərəbistanı hicri təqvimindən imtina etdi

Səudiyyə Ərəbistanı  oktyabrın 1-dən Qriqori (Qərb) təqviminə keçmək qərarına gəlib. Buna səbəb kimi neftin qiymətinin düşməsi fonunda bir sıra iqtisadi islahatlar göstərilir. FaktXeber.com-un məlumatına görə, bu barədə The  Independent xəbər yayıb.

Bildirilir ki, bu dəyişiklik sayəsində vaxtın hesablanması sisteminə əsasən dövlət qulluqçuları 11 ödənilən iş gününü itirəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1932-ci ildə yaranandan bəri hicri-qəməri təqvimindən istifadə edirdi.

Bundan əvvəl Səud rejiminin  dövlət qulluqçularının maaşını 20 faiz azaldacağı barədə məlumat verilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 20:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com