Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2016
16:47
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı reydlərə başladı

Bakı Nəqliyyat Agentliyi Bakıda fəaliyyət göstərən taksilərin vergiyə cəlb edilməsi ilə bağlı tədbirlərə başlayıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bununla bağlı artıq araşdırmalar başlayıb: "Əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bunula bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Qrup üzvləri taksi sürücüləri ilə fərdi söhbətlər aparır və onlara fərqlənmə nişanlarının üstün cəhətləri izah olunur. Fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaranacaq. Proses nəticəsində taksi sahəsində büdcəyə vergi daxilolmaları asanlaşacaq və artacaq".

M.Ağayev bildirib ki, fərqlənmə nişanı almaq istəyən şəxs istənilən bank filialında 18 manat rüsum ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı alır. Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.

M.Ağayev bildirib ki, fərqlənmə nişanı almayan taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək.

Bakıda istehsal müddəti 10 ili ötmüş avtomobillərin taksi xidməti göstərməsinin qadağan edilməsi məsələsinə gəlincə isə, M.Ağayev bu məlumatı təkzib edib. Onun sözlərinə görə, illik texniki baxışdan keçən və istifadəyə yararlı olan bütün avtomobillərin taksi fəaliyyəti göstərməsi mümkündür. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14142

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12807

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14200

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13799

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19164

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13668

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13772
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru