Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2016
17:02
6721
Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi

1517-ci ildə Misiri alanda Hicaz bölgəsi də Osmanlının əlinə keçdi. Yəni İslam dünyasının qəlbi olan Məkkə və Mədinə artıq türklərin nəzarətində idi. Təxminən 3 əsr sonra vəhhabilər 1803-ci ildə Məkkəni ələ keçirdilər. 1807-ci də geri oturduldular və Mehmet Əli Paşa 1813-cü ildə onları Məkkədən çıxardı.

Misirdəki Britaniya ali komissarı Henri Makmahonla yaxşı dost olan və onun dəstəyini alan Şərif Hüseyn Peyğəmbərin nəslindən olduğu yalanı ilə xalqın dəstəyini alıb Camal Paşanın Beyrutda və Dəməşqdə bəzi ərəb millətçilərini dövlətə xəyanət cinayəti ilə edam etdirməsindən sonra ayağa qalxdı. 13 yanvar 1919-cu ildə Fəxrəddin Paşa Padşahın fərmanı ilə müqəddəs torpaqları ingilislərlə birlikdə türklərə qarşı vuruşan Şərif Hüseynə təslim etdi.

Amma Şərif Hüseynin də ömrü çox uzun çəkmədi, fələstinlilər və yəhudi dövləti qurulması məsələsində ağalarının tələblərini yerinə yetirə bilmədiyi üçün Əbdüləziz bin Səuda verilən dəstəklə taxtından devrildi. Səudlar əvvəl Taifi, sonra da Məkkə və Mədinəni aldılar, böyük qırğınlar törətdilər və Rəsulullahın türbəsi istisna olmaqla bütün türbələri, qəbirləri dağıtdılar, etiraz edənləri öldürdülər, Rəsulullahın türbəsi daxil hər yeri yağmaladılar. Sonunda İbn Səud 1926-cı ildə Hicaz kralı elan edildi.

Yer üzünə gəlmiş-keçmiş ən tülkü dövlət olan İngiltərə bununla da yetişdirdikləri təkfirçi, sərt, məntiqi başa düşməyən, başa düşülməsi çətin olan vəhhabilərə, İslam dünyasının qəlbi olan Məkkə və Mədinəni təslim etdilər.

Başqa bir təbirlə desək, bütün İslam torpaqlarını qansız, müharibəsiz təslim aldılar.

Yəni bizim qibləmizi özümüzə qarşı şantaj vasitəsi kimi istifadə edib, vəhhabilərə qarşı danışan dilləri də susdurdular. Vəhhabilər haqqında yazılan kitabların çoxu Səudların Məkkəni ələ keçirməmişdən əvvəlki illərə aiddir. Sonra yazılan kitablar isə bir əlin barmağını keçməz.

Məkkəni itirdiyimizdən bəri heç vaxt rahatlıq üzü görmədik

Məkkə bizi birləşdirəcək bir mərkəz olacağı halda, İslam aləmini məhv edən, parçalayan, kafir elan edən kitabların çap olunduğu, kafir elan edən TV-lərin açıldığı, Əl-Qaidə, Əl-Nusra kimi dünyaca məşhur terror təşkilatlarının beyin mərkəzinin hazırlandığı Qərbin xidmətində duran bir mərkəzə çevrildi.

Peyğəmbərin təmizlədiyi cansız, hərəkətsiz, susuz bütlərin yerini artıq hərəkət edən, dəqiqədə min fitnə istehsal edən, milyarder müasir bütlər aldı.

Bir-bir İslami əsərləri, Rəsulullahın xatirələrini, səhabə qəbirlərini, Peyğəmbərin doğulduğu evi, hətta hər qarışı İbrahim Peyğəmbərin ayaq izləri ilə dolu Əbu Qubeys dağını belə yox etdilər.

İndi də Kərbəla

Səddamdan sonra Qərb imperializmi və Əhli-beyt düşmənləri üzlərini Kərbəlaya çevirdilər, Ərbəin həqiqəti ilə yenidən tanış oldular. Onların bir həftədə 17-20 milyon ziyarətçi qəbul edən, 300 milyon Əhli-beyt məktəbinin ardıcılını 2 ay yasa boğan, iki ay ərzində İslam dünyasının gündəmini məşğul edən Kərbəla üçün proqramsız olması inandırıcı görünmürdü. Dünyanın harasında yüz adam yığışsa bundan xəbərdar olanlar, yeni Məkkə ssenarisi ilə səhnəyə çıxdılar. Gözləmə mövqeyində saxladıqları şiə təkfirçi yuvalarını yenidən oyatdılar. Quruluş olaraq da eyni formaya sahib olan, yəni təkfirçi, anlaşılması çətin, əvvəl öz ətrafını məhv edən, amansız, beyinsiz, sünni dünyada yaratdıqları vəhhabilərin şiə versiyasını yaratmaq planını hərəkətə keçirdilər. Çünki öz cinsindən olan bir quruluş şiə dünyasını diz üstə gətirə, Məkkədəki kimi öz əleyhinə istifadə edilə bilərdi.

Rahat fitnə toxumlarının mayalanması üçün ən tanınmışlarını öz ölkələrində qabağa çıxardılar. Onlara "Əhli-beyt" adı ilə onlarla telekanal açdılar. Bir tərəfdən şiələrin müsəlman olmadığına və qətlinin caiz olduğuna dair fətvalar çıxarmaq üçün bu şiə vəhhabilərin ağzıyla sünnilərin müqəddəslərinə təhqirlər etdirdilər, digər tərəfdən şiə dünyanın ön cəbhəsində ümmətin vəhdətini müdafiə edən şiə müctəhid və alimləri hədəf aldılar.

Əvvəldən qara gün üçün saxladıqları bəzi alimləri Səddamd dövründə yaranan boşluqdan istifadə edərək sakitcə Kərbəlaya apardılar. Ayətullah Sistani bütün müctəhidlərin təsdiqi ilə ən böyük təqlid olduğu halda, Kərbəla küçələri hər kəsin diqqətini çəkəcək şəkildə bu qaranlıq şəxslərin rəsmləri ilə dolduruldu. Bunu Kərbəlaya gedən hər kəs bilir. Onlarca yardım təşkilatı, saysız-hesabsız peyk kanalı, jurnal, vəqf, Hüseyniyə və yoxsullara yemək evi açıldı. Səddam hakimiyyətində qadağaların, hətta bir namaz kitabı çıxarmağın və satışının qadağan olduğu dövrün yaratdığı boşluğu dərslər, dua məclisləri ilə doldurdular. Mahmud Əbdürrza Əl-Sorhi burada şişirdildi, "zühuru tezləşdirənlər" burada yetişdirildi. 

Kərbəlanı daxildən çökdürmək planının baş aktyoru olan Mahmud Abdurrıza Əl-Sorhi 1964-cü ildə Kazimeyndə doğulub. Bağdad Universitetinin mühəndislik fakültəsini bitirdikdən sonra dini təhsil almaq üçün 1994-cü ildə Nəcəf hövzəsinə daxil olub. 

Əvvəllər Şeyx olan Sorhi 2003-ci ildə Səddam Hüseyn devrilməmişdən əvvəl səhnəyə çıxdı və özünü İraqın ən böyük mərcəiyyət məqamı kimi tanıtdı. Ağ əmmaməsini də dəyişərək, qara əmmamə taxmağa və özünə "Seyid Həsəni" dedirtməyə başladı.

Daha sonra ingilislər, BƏƏS-çilər (Səddamın partiyası) və Səddamın kəşfiyyatı ilə əlaqədə olduğu ortaya çıxdı və Nəcəf mərcəiyyət məqamı onunla məsafə saxladı. 

İraqın məşhur yazıçılarından olan Əli Əl-Şəmrinin yazdığına görə, Mahmud Abdurrıza Əl-Sorhi Səddam dövründə evinə peyk antenası yerləşdirərkən həbs edilib. Həbsdə Səddamın kəşfiyyat orqanlarının diqqətini çəkib və xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb. Sorhinin BƏƏSçilərlə əlaqəsi buradan başlayıb.

2005-ci ildə Hillədə ofis açaraq xalqa mənbəyi qeyri-müəyyən pul paylamağa və gəncləri yanına çəkməyə çalışdı. Ofis açmaq əməliyyatını digər şəhərlərə də yayan Sorhi, qısa müddət sonra İmam Mehdi (əc) ilə əlaqədə olduğunu iddia etməyə başladı. Daha sonra eyni gizli əllərin köməyi ilə Kərbəlada ofis açaraq burada möhkəmlənməyə çalışdı.

Bu davranışından sonra Nəcəf mərcəiyyət orqanları, xüsusən Ayətullah Sistani belə iddiaların yanlış və təhlükəli olduğunu deyəndə bu dəfə də bütün müctəhidlərə qarşı sözlərini sərtləşdirərək təhdidlər və təhqirlərə başladı.

Lakin bütün bu planları alt-üst edən bir hadisə baş verdi.

Ayətullah Sistani ingilislərin oyununu gördü

Ayətullah Sistani Məkkəni təslim aldıqları kimi Kərbəlanı da təslim almamaları üçün çox mühüm iki nümayəndəsini - Şeyx Əhməd Safini Həzrəti Əbülfəzl Abbas (ə) hərəminin baş katibliyinə, Şeyx Əbdülmehdi Kərbəlayini də İmam Hüseyn (ə) hərəminin baş katibliyinə təyin etdi.

Ayətullah Sistani təcili olaraq Kərbəlaya vəkillərini göndərsə də, Nəcəfdə İmam Əli (ə) hərəminə vəkil təyin etmədi, camaat namazını xalqın özünə saxladı. İmam Əlinin (ə) hərəmində kim istəsə qabağa keçib namaz qılırdı.

Bu onun böyük uzaqgörənliklə Kərbəladakı oyunu görməsindən irəli gəlirdi. Digər tərəfdən isə 4 böyük müctəhidin olduğu bir şəhərdə - Nəcəfdə təkfirçilərə manevr sahəsi qalmırdı.

ABŞ və Britaniya rəhbərlərinin görüş tələblərini, məktublarını belə oxumadan zibil qutusuna ataraq rədd edən Ayətullah Sistani həm onları işğal qüvvəsi olaraq gördüyünü xalqa çatdırdı, həm də alimlərin içinə sızmalarının yolunu açacaq oyunlarını pozdu. "Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə – səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır". ("Ənfal" surəsi, ayə 30)

Ayətullah Sistaninin Amerikadan pul aldığına dair iddialar və saxta sənədlər də məhz həmin dövrdə, onun bu layihəni dağıtmasının qarşısını almaq üçün ABŞ müdafiə naziri Donald Ramsfeldin ağzından mediaya ötürülməyə başlandı. "Əllamə Sorhi" kimi adamların Ayətullah Sistaniyə təhqirlər, söyüşlər yağdırması, fars alimi kimi göstərib İraqlıların diqqətini qırmağa yönəlmiş işlər də sistemli bir işin parçası idi. Amma nə bu dezinformasiyalar, nə xalqa edilən külli miqdarda yardımlar, nə mədəni işləri, nə də saxta fotoşəkillər istənilən nəticəni vermədi. Son bir ümidlə gözlədikləri İŞİD-i də Bağdad qapılarında Ayətullah Sistaninin "müdafiə cihadı" fətvası qarşıladı və Kərbəlanı ələ keçirmək layihələri yenidən dağıldı.

Düşmən məğlub edildimi? Əlbəttə ki, yox. Onların minlərlə sui-qəsd istehsal edəcək, başa düşülməsi çətin, çox mürəkkəb planlar hazırlayacaq güc və imkanları var. Onların hiyləgərlikləri heç vaxt bitmədi, bitməyəcək.

Kərbəla, hər il çoxalan milyonları qəbul etdikcə onların iştahası bir az da şişəcək və daha böyük oyunlarla gələcəklər.

Kərbəla Qərbin müsəlmanlardan oğurladığı şeyləri geri qaytarmaq üçün son ümiddir. Yalnız şiələrin deyil, əhli-sünnənin də son qalasıdır.

FaktXeber.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
533

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
387

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
409

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
449

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
479

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
454

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1051

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
848
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru