Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Sentyabr

2016
16:12
450
Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmiryolu çəkiləcək

"Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş gedir". 

FaktXəbər-in məlumatına görə, bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu layihənin işlənib-hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda layihə üzərində iş gedir", - deyə o, əlavə edib.

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması nəzərdə tutulub. İlkin plana əsasən, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində hava limanına qədər hərəkət edəcək. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru