Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2016
12:04
Bakı Nəqliyyat Agentliyində daha bir YENİLİK

Bakı Nəqliyyat Agentliyinin (BNA), "Azəravtoyol" ASC-nin və Nizami Rayon İH-nin birgə işi nəticəsində daha iki ərazidə avtobus cibləri yaradılıb.

 

Yeni avtobus cibləri Qara Qarayev prospekti (8-ci km bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) salınıb.

 

Bildirilib ki, sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək.

Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə BNA-nın mobil qrupları cəlb edilib.

 

Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib.

 

Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək. 

Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə, daxil olacaq marşrut xətləri üçün qrafiklər işlənib hazırlanır. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53169

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51363

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57918

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52161

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52567
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 17:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru