Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2016
10:28
Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "The State of Broadband" adlı yeni hesabatında Azərbaycanın ayrı-ayrı göstəricilər üzrə mövqeyi yüksəlib.

Rabitə və yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Azərbaycan reytinq cədvəlində hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı yerə yüksəlib. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si internet istifadəçisidir.

Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Hazırda ölkədə hər 100 nəfərə 19.76  genişzolaqlı internet istifadəçisi düşür.

Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub.

Məlumat üçün bildirək ki, sözügedən reytinqdə Monako (hər 100 nəfərə 47.47 istifadəçi) liderdir. Sonrakı yerləri İsveçrə, Lixtenşteyn, Danimarka, Niderland bölüşür.

Bundan başqa,  ölkəmiz mobil genişzolaqlı internet abunəçilərinin sayına görə də mövqeyini yaxşılaşdırıb. Belə ki, Azərbaycan dünya üzrə reytinqdə 60-cı yeri tutub. Müqayisə üçün qeyd edək ki, əvvəlki reytinqdə ölkəmiz hər 100 nəfərə düşən 46.8 abunəçi ilə 68-ci yerdə qərarlaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru