Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2016
14:20
Məzahir Pənahov ABŞ səfiri ilə görüşüb

Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, R. Sekuta MSK ilə sıx əməkdaşlıqdan məmnunluğunu bildirib, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

M. Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. MSK sədri referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.(apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
368

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
700
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru