Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2016
11:22
Trampın oğlu Suriyalı qaçqınları rəngli şəkərə bənzətdi

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Trampın oğlu paylaşdığı tvitlə suriyalı qaçqınları rəngli şəkərlərə bənzədib.

FaktXəbər-in məlumatına görə, seçkilərə 50 gün qalmış seçki kampaniyasına Tramp ilə birlikdə bütün ailə üzvləri də qatılıb.

İş adamı olan Donald Tramp Jr. atasının immiqrantların əleyhinə apardığı siyasəti dəstəkləyib.

Mövzu ilə bağlı bir tvitter sosial şəbəkəsində Tramp Jr. qaçqın böhranını rəngli şəkərə bənzədib. Onun bu addımı izləyicilər tərəfindən tənqidlə qarşılanıb.

Tramp paylaşdığı tvitdə belə deyib:

"Bir kasa rəngli şəkərim (Skittles) olsa və sizə bunlardan yalnız üç dənəsinin zəhərli olduğunu söyləsəm. Bir ovuc dolusu ala bildiniz? Bax, bu bizim Suriyalı qaçqın problemimizdir".
 
Sosial şəbəkə istifadəçiləri Trampı bu sözlərlə on minlərlə insanın həyatını itirməsinə səbəb olan böhranı məsxərə etməkdə və irqçilikdə ittiham ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
212

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
282

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
268

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 05:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru