Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

19 Sentyabr

2016
17:31
4741
Nobelin tarixə qanla yazılan 350 ixtirası və SÜLH MÜKAFATI - ARAŞDIRMA

Hər il adına «sülh mükafatı» verilən Nobelin adını çoxumuz eşitmişik. Amma əksəriyyətimiz onun əsl kimliyi barədə məlumatsızıq. FaktXeber.com olaraq sizlərə bu barədə məlumat verəcəyik.

Alfred Bernard Nobel 21 oktyabr 1833-cü ildə Stokholmda varlı ailədə dünyaya gəlib. Alfred  dünyaya gələndə atası iflas etdir, dolayısı ilə ailənin maddi durumu da pisləşir. Nobel ailəsi 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa köçür. Daha sonra əslən isveç olan atası ruslara silah satmağa başlayır.

4 dil bilən Nobelin sənətə və şeirə xüsusi sevgisi olub. Ancaq atasının işini davam etdirmək üçün kimya elmini öyrənməyə başlayır. 

Nobel həmin dövrlərdə yeni kəşf edilmiş nitroqliserini, onun partlayış və dağıdıcılıq gücünü daha da artırmağı öz qarşısına vəzifə qoyur. İnsaf naminə desək, bu istəyinə nail də olur.

Bu yolda apardığı təcrübələrin birində yaranan partlayış nəticəsində öz qardaşı da daxil olmaqla 5 nəfərin ölümünə səbəb olur, amma yenə fikrindən vaz keçmir.

Dinamit adını verdiyi partlayıcı və gələcəkdə raket texnologiyasında istifadə olunacaq quru barıt başda olmaqla 350-yə yaxın maddə üçün patentə sahib olur.

Yəni bugünkü müharibələrdə istifadə olunan raket, top mərmisi kimi dağıdıcı və öldürücü bütün silahların təməlini qoyub.

Onun kəşfləri insan oğlunun məhv etmə və öldürmə gücünü artırdı. Nəticədə dolayısı ilə bu gün 100 milyonlarla insanın  ölümünə səbəb oldu. Onun ölüm xəbəri qəzetlərdə «Le marchand de la mort est mort», yəni «ölüm taciri öldü» kimi verilib. 

Hazırda isə dünyada hər il mütəmadi olaraq, sülhə ən çox  töhfə verdiyi iddia edilən insanlara «sülh mükafatı» onun adı ilə verilir.

Məsələnin ən maraq doğuran tərəfi ondan ibarətdir ki, Nobel sülh mükafatını almış şəxslərin siyahısına baxanda elə Nobelin əsl sənəti yada düşür. Təsəvvür edin ki, 1990-cı ildə Bakıda insanların qətliam edilməsi üçün Sovet qoşunlarını əliyalın insanların üstünə göndərilməsi əmrini verən, Qarabağ kimi bir faciənin yaranmasına və yaşanmasına göz yuman Qorbaçova 1991-ci ildə, Fələstində illərdir davam edən qətliamın birbaşa iştirakçılardından olan İsrail rejiminin eks prezidenti Şimon Peresə 1994-cü ildə, Yaxın Şərqdə bu gün də davam edən qanlı qətliamların birbaşa əmrvericiso olan Barak Obamaya 2009-cu ildə Nobel sülh mükafatı verilib.

Sizcə də bunlar böyük təzad deyilmi?

Amma əslində təzad deyil. Çünki milyonların ölümünə bais olan bir ixtiranın sahibinin adına ancaq belə mükafatlar yaraşır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru