Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2016
16:27
960
“Azərsu”da ən ağır işlərdə çalışanların kompensasiyası kəsildi

Suyun qiymətləri bahalaşsa da, artan gəlirdən işçilərə pay düşməyib

Təhlükəli iş şəraitində çalışan “Azərsu” ASC-nin işçilərinə ödənilən kompensasiyanın verilməsi dayandırılıb. İşçilər suyun tarifi (qiyməti) artandan sonra əmək haqqının və kompensasiyanın artacağını gözləsələr də, bunun əksi baş verib. Bu barədə qəza bərpa çilingərlərindən biri məlumat verib. 

Mənbə bildirir ki, qəza bərpa çilingərləri ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində çalışdıqları üçün onların səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər çox olur. Bu zərəri ödəmək üçün işçilərə  maaşın 12 faiz dəyərində kompenasiya ödənilirmiş. 

475 manat əmək haqqı alan qəza bərpa çilingərlərinə maaşın 12 faiz dəyərində (təxmini 65 manat) kompensasiyanın ödənişi avqust ayından etibarən dayandırılıb. Bundan sonra onlar yalnız maaş alacaqlar. 

İşçilərin  əməyinin ödənilməsi  sistemində mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə 2012-ci ildə “Azərsu” ASC-də əməyin ödənilməsi haqqında Əsasnamə təsdiq olunub.

Bu ilin may ayının 16-da su tariflərinin artması istehsalçılara da, istehlakçılara da təsir göstərib. Vətəndaşların xərcləri, müəssisələrin istehsal etdikləri malların maya dəyəri artıb. Məhsulları və xidmət sahələrində qiymət artımı müşahidə olunub. Əlbəttə davam etməkdə olan qiymət artımı “Azərsu”-da çalışan fəhlələrin də sosial durumuna mənfi təsir göstərib.   

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının yeni su tarifləri qüvvəyə mindikdən sonra Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda yaşayan əhali hər kubmetr suya 35 qəpik, digər inzibati ərazi vahidlərinin sakinləri - 30 qəpik ödəyiblər.  

Vətəndaşların müraciətilərinə əsasən deyə bilərik ki, qiymət tarfinin artmasına baxmayaraq, hələ də Bakı və regionların içməli su təminatı tam yerinə yetirilməyib. 

Məsələ ilə bağlı “Azərsu” ASC-yə göndərilən sorğu cavabsız qalıb. (Bizimyol)

Məqalədə : Azərsu kompensasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
952

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2100

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2690

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
70

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
777

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4050

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
67

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1838

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2485

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3326

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2051

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1484

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2991
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 17:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru