Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2016
21:57
`MilliÖN`də `BakıKart`la bağlı yaranan problemlər barədə AÇIQLAMA

"Komtec" şirkəti ("MilliÖN" ödəniş sisteminin operatoru) terminallarında son vaxtlar "BakıKart"ın alınması və balansın doldurulması zamanı yaranan problemlərə aydınlıq gətirib.

Şirkətin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət vasitələri qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva məsələ ilə bağlı bildirib ki, "MilliÖN" terminallarından "Bakı Kart"ın alınması zamanı hazırda həm şirkət, həm də "BakuBus" daşıyıcı şirkət tərəfindən təkmilləşdirmə işləri aparılır.

"Kartı alarkən texniki çətinliklər yarana bilər. Hazırda zəruri təkmilləşdirmə işləri aparılır və yaxın zamanlarda problemlər aradan qaldırılacaq. Bu, texniki, yəni həll olunan problemlərdir. Əgər problem baş verirsə, sərnişinlər Müştəri Xidmətlərinə müraciət edə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur, hər zaman müştərilərimizə yardım etməyə hazırıq", - Ü.Əfəndiyeva qeyd edib.

"BakıKart"ların balansının doldurulması ilə bağlı yaranan çətinliyə gəlincə isə Ü.Əfəndiyev əlavə edib ki, sentyabrın əvvəlindən "BakuBus" şirkətinin yeni marşrut xətləri istifadəyə verilib ki, bu da yeni kart istifadəçilərinin yaranmasına gətirib çıxarıb: "Kartın balansının doldurulması əksəriyyət üçün yenilikdir. Yeni sərnişinlərlə yanaşı, hətta əvvəlki sərnişinlər də kartın balansını artırarkən bir qədər diqqətli olmalıdırlar ki, problem yaranmasın. "MilliÖN"ün terminallarında "BakıKart" üçün ödəniş etmək qaydalarına dair təlimatlar qeyd edilib. Bundan başqa, Müştəri Xidmətlərimiz daim kömək etməyə hazırdır. Sadəcə, onların həlli üçün müəyyən vaxt lazımdır. Müştərilər isə həmin vaxtı gözləmək istəmirlər". (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48473

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46517

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48171

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47756

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53284

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47376

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 14:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru