Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2016
10:49
Azərbaycan Türkiyədən 13 milyon dollarlıq meyvə-tərəvəz alıb

2016-cı ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 12,84 milyon dollar dəyərində 33 min 500 ton yaş meyvə və tərəvəz ixrac olunub.

“Marja” Türkiyə Yaş Meyvə və Tərəvəz İxracatçıları Birliyinə istinadən xəbər verir ki, Azərbaycana ixrac 2015-ci ilin anoloji dövrü ilə müqayisədə 98% artıb. 

2015-ci ilin 8 ayı ərzində isə Türkiyədən Azərbaycana 6,48 milyon dollar dəyərində 12 min 231 ton meyvə-tərəvəz ixrac olunmuşdu.

Türkiyənin Azərbaycana göndərdiyi 12,84 milyon dollarlıq meyvə və tərəvəzin 6,36 milyon dollarını tərəvəz, 5,40 milyon dollarını sitrus meyvələr (limon, portağal, mandarin, greyfurt), qalanını isə digər meyvələr təşkil edib.  

2016-cı ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana tərəvəz ixracı 12 dəfədən çox artaraq 501 min 422 dollardan 6 milyon 357 min dollara yüksəlib. 

Eyni dövrdə sitrus meyvələrin ixracı 4% artaraq 5 milyon 166 min dollardan 5 milyon 397 min dollara qalxıb. 

Azərbaycan Türkiyədən ən çox portağal alan 4-cü ölkədir. Türkiyə bu ilin 8 ayında Azərbaycana 2 milyon 211 min dollar dəyərindən 2 min 72 ton portağal ixrac edib. Azərbaycan Türkiyənin ən çox meyvə-tərəvəz ixrac etdiyi ölkələr siyahısında 17-ci yerdədir. Qardaş ölkə ən çox meyvə-tərəvəzi İraq, Almaniya, Rusiya, Rumıniya və Səudiyyə Ərəbistanına satır.

Türkiyə tərəvəzlərdən ən çox pomidor, bibər, boranı, xiyar və kartof, meyvələrdən isə albalı, limon, portağal, nar, üzüm, ərik və şaftalı ixrac edir.

Türkiyə bu ilin 8 ayında 182,9 milyon dollarlıq albalı (gilas), 173,4 milyon dollarlıq pomidor, 129 milyon dollarlıq limon, 82,7 milyon dollarlıq portağal, 67,3 milyon dollarlıq bibər ixrac edib. 

Ölkənin albalı və pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən yarıbayarı azalıb. 

Ölkə 8 ayda 1 milyard 60 milyon dollarlıq meyvə və tərəvəz ixrac edib (8% azalıb).

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14932

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13587

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14980

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14604

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19955

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14469

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14592
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 15:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru