Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2016
15:32
2504
Ağasəlim Mircavadov: `Neftçi`nin Rəşad Sadıqovu yoxdur

Son günlər “Neftçi” klubunda baş verən narahatlıqlar son oyunda özünün bariz şəkildə göstərdi. Bu baxımdan "Neftçi” – "Qəbələ” (0:8) matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib. Qeyd edilənlərə görə, klubun müşahidə şurasında və oyunçularda ciddi dəyişikliklər aparılacaq.

Futbol mütəxəssisi, "Neftçi" klubunun keçmiş baş məşçisi Ağasəlim Mircavadov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ötən çempionatda ən çox sarı və qırmızı vərəqə alan oyunçular məhz “Neftçi”nin oyunçuları idi: “İlk olaraq düşünürəm ki, “Neftçi” klubunda ciddi transfer səhvləri olub. Belə ki, bu səhvlər kluba həm yerli, həm də xarici oyunçuların cəlb edilməsində hiss edilir. Digər tərəfdən klub gərək öz oyunçularını rahatlıqla itirməməlidir. Nəzərə almaq lazımdır ki, oyunçunun xasiyyətindən asılı olmayaraq kluba sadiq oyunçulara diqqət yetirmək lazımdır. Klubun bütün oyun prinsiplərini bilən oyunçularını ilk problem vaxtı klubdan xaric etmək düzgün yanaşma deyil. “Neftçi”nin son oyununa baxdıqda aşkar şəkildə oyunçulardakı ruh düşkünlüyünü görmək olurdu. Sanki oyunçularda inamsızlıq var idi və oynamaq istəyi yox idi. Nəzərə almaq lazımdır ki, klubun baş məşqçisi qədər oyun zamanı sözü bütün oyunçular tərəfindən qəbul edilən oyunçunun da varlığı mühümdür. Məsələn “Qarabağ” klubunda Rəşad Sadıqov məhz bu funksiyanı yerinə yetirir. Biz oyuna stadionda baxırıq, amma məşq prosesinin necə keçməsindən heç kəsin xəbəri yoxdur. Ötən çempionatda ən çox sarı və qırmızı vərəqə alan oyunçular məhz “Neftçi”nin oyunçuları idi. Bu da klubun nizamsızlığından xəbər verir. Yəni, “Neftçi” də problemlər çox köklüdür və tez bir zamanda həllinə diqqət ayrılmalıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru