Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2016
21:13
5264
Milli Şuranın mitinqi baş tutdu - FOTO

Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

FaktXəbər-in məlumatına görə, Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) baş tutan mitinqə Milli Şura, Müsavat Partiyası və digər müxalifyönümlü təşkilatların nümayəndələri qatılıb.

Aksiyada Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Vidadi Mirkamal, Eldəniz Quliyev, AXCP-nin sədr müavini Nurəddin Məmmədli çıxış edib. Onlar çıxışlarında hakimiyyəti tənqid ediblər. Eyni zamanda Əli Kərimli növbəti aksiyanın sentyabr ayının 17-nə təyin edildiyini bildirib.

Milli Şuranın sədri Cəmil Həsənli isə mitinqə qatılmayıb.

Sonda mitinqin qətnaməsi oxunub.

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarədən FaktXəbər-ə daxil olan məlumatda deyilir:

“Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1167

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
75

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
96

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
324

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru