Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2016
11:06
1494
`Azərbaycanda əhalinin 15%-nin 100 min dollardan çox varidatı var`

«Əhalinin 15%-nin 100 min dollardan 1 milyon dollara kimi varidatı var. Amma bura daşınmaz əmlak, avtomobil də aiddir. Evi olan şəxsi kasıb saymaq olmaz, çünki onun daşınmaz əmlakı satmaq, əldə edilən vəsaitlə yaşamaq və ya biznes yaratmaq imkanı var. Ölkənin 5% əhalisi 1 milyon dollardan yuxarı vəsaitə malikdir. 30% əhali isə 10 min dollardan 100 min dollar arasında varidat sahibidir. 10% əhali isə heç bir aktivə, hətta «ölü kapital»a belə malik deyil». Bunu «Exo» qəzetinə ölkə əhalisinin maddi-sosial durumu barədə danışan ekspert Nəriman Ağayev bildirir.

Nəriman Ağayev deyir ki, bu göstəricilər ideal deyil. İqtisadi böhranın başlaması ilə problemlər çoxalır: «Ölkədə əmanət kimi pula sahib olmayan vətəndaşların sayı artır, bu gün təxminən 3 milyon əməkqabiliyyətli insan və təqaüdçülər ancaq maaşla yaşayır».

Ekspert Oqtay Haqverdiyev isə 4-nəfərlik ailənin 1000 manatlıq gəliri olduqda, bunun 15%-ni əmanət kimi saxlaya bildiyini deyir: «Respondentlərin 39%-i yığdıqları əmanətləri saxlaya bilmədiklərini, devalvasiya ilə bağlı «qara gün»ə saxladıqları əmanətləri xərclədiklərini bildirirlər. Təbii ki, manatın dəyərdən düşməsindən sonra ölkədə yoxsulların sayı artıb».

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 14:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com