Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2016
10:51
Parolimpiya oyunlarında Rusiya bayrağını daşıyan belorus - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Beynəlxalq  Parolimpiya Komitəsi Rio Olimpiyadasının açılış mərasiminə Rusiya bayrağı ilə gələn Belorusiya Yığması nümayəndiliyinin üzvlərindən birinə qarşı istintaqa başlayıb.

Qeyd edək ki, həmin şəxsdən bayrağı müsadirə edənə kimi, o, stadionun ¼-ni gəzmişdi.

BPK qanun pozucusunun şəxsiyyətini müəyyənləşdirmək və onu cəzalandırmaq fikrindədir.

Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Rusiya yığmasını  dopinq qalmaqalına görə, Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edib.

BPK prezidenti Filip Kreyven bu barədə Rusiya mətbuatına açıqlama verib: “Məsələ hansısa konkret bir idman növündə qeydə alınana qanun pozuntusundan getmir. Əsas problem dopinq sisteminə dövlətin verdiyi dəstəkdir”.

Qeyd edək ki, bu qərar Beynəlxalq Antidopinq Komitəsinin (WADA) hesabatı ilə tanış olduqdan sonra verilib. Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən, ən azı, 35 dopinq analizinin 2011-2015-ci illərdə itirildiyini iddia edib. 

İdmançıların oyundan kənarlaşdırılması qərarından sonra  Belorus  nümayəndəliyi rus parolimpiyaçıları dəstəkləmək üçün açılış mərasimində RF bayrağını daşıyacaqlarına söz vermişdi. Lakin BPK bunu siyasi jest kimi dəyərləndirəcəklərini bildirərək, bu addımı qadağan etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com