Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2016
12:34
1073
Ölkə ərazisində yağışlar davam edəcək

Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-30° isti, Bakıda gecə 20-22° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.               

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com