Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2016
10:42
2387
Bakıda kirayə evlər birdən-birə niyə bahalaşdı?

Əgər kirayə evə çıxmaq haqda düşünürsünüzsə, əmin olun ki, bunun üçün sentyabr ayı ən uğursuz seçimdir. Çünki avqustun sonlarından etibarən mənzillər paytaxtda kirayə bazarının əsas müştəriləri olan tələbələr tərəfindən tutulmağa başlayır.

Hələ bu ilin iyun ayında daşınmaz əmlakla bağlı elan saytları kirayə mənzillərin qiymətinin 50%-ə qədər ucuzlaşdığını bildirmişdi. Hətta Bakının mərkəzi hissələrində kirayə mənzillər daha çox ucuzlaşmışdı. Belə ki, "28 May"da 350 manatlıq evlər 220 manata, Yasamal, "Gənclik", "Elmlər Akademiyası" metro stansiyaları və Nərimonov rayonu hissələrində isə əvvəl 500 manata kirayə verilən 2 otaqlı mənzillər 280 manata düşmüşdü.

Bəs indi bu qiymətlər necədir?

Qafqazinfo-nun əməkdaşı mərkəzdə yerləşən bir neçə daşınmaz əmlak ofisi ilə əlaqə saxlayıb. Məlum olub ki, ötən aylara nisbətən hazırda kirayə ev qiymətlərində xeyli artım var. Xüsusilə də "Nərimanov", "Gənclik" , "28 May" və digər mərkəzi metro stansiyalarının yaxınlığındakı evlərdə. Maklerlər bunun əsas səbəbini isə yeni dərs ilinin başlaması ilə əlaqələndirirlər:

"2 ay əvvələ kimi xeyli ev var idi. Hazırda tələbələr bütün evləri tutublar. Tələbat olduğu üçün də ev sahibləri qiymətləri qaldırıblar. "Gənclik" metro stansiyasının yaxınlığında 300 manata normal 2 otaqlı ev tapmaq olurdusa, indi bu qiymət olub 400-450 manat. Hazırda heç tələbələrə belə ev çatdırmaq olmur. Bu gün boşalan ev elə bu gün də tutulur".

Maklerlərin sözünə görə, kirayə evlərin sayının azalmasına digər bir səbəb isə paytaxtın müxtəlif rayonlarında gedən söküntü işləridir. Həmin ərazilərdən kirayə çıxarılan vətəndaşlar daha çox mərkəzi hissələrdə ev axtarırlar:

"Hazırda ailə və tələbə qızlara ev tapmaq nisbətən asandır. Ancaq dərslərin başlanmasına çox qısa vaxt qalsa da, heç kim oğlan tələbələrə ev vermək istəmir. Heç olmasa, onlara yataqxanalarda yer verilsəydi, daha rahat olardılar".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
146

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
89
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 19:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru