Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2016
15:49
1053
Səudiyyə Ərəbistanı Yəməni bombaladı: 50 ölü, çox sayda yaralı var

FaktXəbər-in məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi Yəmənin Haccə vilayətini koalisiya qüvvələrinin hava dəstəyi ilə bombalayıb. Husilər və keçmiş prezident Əli Abdulla Salehin tərəfdarları ilə baş verən qarşıdurmada 50 nəfərin öldüyü bildirilib.
 
Yəmən Müdafiə Nazirliyindən verilən açıqlamda bildirilib ki, koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri, Səudiyyə Ərəbistanı sərhədində yerləşən Haccə vilayətində qüvvələrimizin toplandığı hədəfə qırx hava hücumu təşkil edib. Nəticədə 50 nəfər ölüb, çox sayda yaralı var.

Qeyd edək ki, Yəmən, bir ildən artıqdır ki, Səudiyyə Ərəbistanı rəhbərliyi nəzarətindəki koalisiya qüvvələrinin dəstəyi ilə bombalanır. Bu hücumlar nəticəsində bu günə kimi minlərl
ə günahsız insan dünyasını dəyişib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com