Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2016
15:03
3249
Hacı Şahin Həsənli hərbi hissələrdə olub - FOTO

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı – ""Multikulturalizm ili” üçün birgə tədbirlər Planı”na əsasən "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi davam edir.

FaktXəbər-in məlumatına görə, tədbirlərdə Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, tanınmış ilahiyyatçılar iştirak edirlər.

"Məşhədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq, ordumuzun bu gün daha güclü, daha qüdrətli, əsgər və zabitlərin isə daha intizamlı, daha peşəkar olduğundan, qarşıya qoyulmuş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdiklərindən, aprel döyüşlərində Azərbaycan əsgərinin uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdıqlarından din xadimlərinin də böyük qürur duyduqlarını qeyd edib.

Hacı Şahin Həsənlinin bəzi gənclərin aldadılaraq guya müsəlman qardaşlara kömək etmək adı ilə cihad etmək, şəhid olmaq həvəsilə digər ölkələrə aparılmasına kəskin etirazı və "Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!" deməsi şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1557

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
48

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
73
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 23:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru