Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2016
15:31
Bakı Nəqliyyat Agentliyi sürücü ilə sərnişinin təmasına son qoyur

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə zəruri tədbirləri davam etdirir. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, mütəmadi olaraq müəyyən edilən tələblərlə bağlı paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətləri məlumatlandırılıb. Qoyulan tələblər sırasında ən mühümü  nəqliyyatda vahid ödəmə kart sisteminə keçidin təmin edilməsidir. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün bütün zəruri addımları atmaqdadır.

Vahid ödəmə kart sisteminə keçid icitmai nəqliyyatda mövcud olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək. Belə ki, kart sisteminə keçid daşıyıcı sirkətlərin sürücülərə aylıq əmək haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olurdu. Bu isə haqlı olaraq sərnişinlərin narazlığına yol açırdı. Bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq.  Nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir. 

Qeyd edək ki, hazırda Bakı şəhərində 1,2,3,5,6,7,8,13,14 saylı marşurt xətlərindəki avtobuslarda eləcə də metronun 28 may stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən Ekspress avtobusda kart ödəniş sistemi tətbiq edilməkdədir. Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq ediləcək marsurt avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır. (baku.ws)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14157

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14215

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13819

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19184

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13688

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13792
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru