Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

20 Avqust

2016
10:05
2528
Güləşçilərimiz və taekvandoçumuz növbəti medallarımızı qazandılar - VİDEO

Azərbaycanın güləş yığması Rio-2016 Yay Olimpiya Oyunlarında sayca altıncı bürünc medalını qazanıb.

74 kq. çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov bürünc medal üçün mübarizə aparıb. Onun medal uğrundakı rəqibi özbək güləşçi Bexzad Abdurrahmanov olub. Görüşün əvvəllərindən təşəbbüsə yiyələnən pəhləvanımız sona qədər üstünlüyünü əldən verməyib və yekunda 9:7 hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsində dayanmağa haqq qazanıb.

Hacı Əliyev isə "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal uğrunda bolqarıstanlı Vladimir Dubovla güləşib. Qarşılaşmanın gedişində geri düşən idmançımız sonradan təşəbbüsü ələ alıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.

*****

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapıb. Azərbaycan yığmasının idmançıları hər iki çəki dərəcəsində mübarizə aparıblar.

80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqani son iki dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirib. Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşə fəal başlayan Milad başdan sona üstün olduğu görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirərək bürünc medal qazanıb.

67 kq. çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizova isə bürünc medal uğrunda döyüşdə Fil Dişi Sahilindən Kristel Qbaqbiyə məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.





Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
61

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
67

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
93

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
994

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1363
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 04:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru