Useyn Bolt finişin bir addımlığında rəqibi ilə zarafatlaşdı - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2016
14:58
2845
Useyn Bolt finişin bir addımlığında rəqibi ilə zarafatlaşdı - VİDEO

FaktXəbər-in məlumatına görə,  Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ulduzları arasında yer alan Useyn Bolt, kişilər arasında  200 metr məsafəyə qaçışda şou göstərib.

Bolt, keçirilən yarışda 19.78-lik nəticə göstərərək birinci olub. Finiş xəttinə az qalmış öz rəqibi ilə rəsmən məzələnib.

Yamaykalı atlet, çox rahat bir şəkildə öndə tamamladığı yarışın sonunda kanadalı rəqibi Andre De Qrass ilə zarafatlaşıb.

Müsabiqədə, Ramil Quliyev 200 metr məsafəyə qaçışda öz gücünü göstərib. İlk olaraq yarımfinala yüksələn atlet 20.09 saniyə ilə finala yüksəlməyi bacarıb.
 
Qeyd edək ki, final yarışı avqustun 19-da Bakı vaxtı ilə saat 05:30-da olacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 20:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com