Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2016
22:25
Alimlərdən şok etiraf: İnternet yaddaşı məhv edir

İnternet bir çox işləri sadələşdirib, saysız-hesabsız informasiyanı əlçatan edib. Mobil internet sayəsində isə maraq doğuran hər bir suala istənilən məkanda cavab tapmaq mümkündür.

Amma beyni inkişaf etdirməyi unutmaq olmaz. Məsələ bundadır ki, cəmi bir neçə sadə əməliyyatla informasiyanı asanlıqla əldə etmək imkanı yaddaşa pis təsir göstərir. Kaliforniya Universitetinin (ABŞ) Santa Kruz filialında aparılan tədqiqatın nəticələrindən belə məlum olub.

Eksperimentdə iştirak edən adamlar müxtəlif mürəkkəb suallara cavab veriblər. Onları iki qrupa ayırıblar. Birinci qrupun üzvləri cavablar üçün öz yaddaşından, ikinci qrupun üzvləri isə axtarış sistemindən istifadə ediblər. Sonra iştirakçılara istədikləri metodun köməyi ilə daha sadə suallara cavab vermək imkanı verilib.

Məlum olub ki, sırf öz yaddaşına güvənən qrupun üzvləri ilə müqayisədə internetdən istifadə edənlər yenə də eyni üsula müraciət ediblər. Bundan əlavə, onların 30 faizi suala cavab tapmaq üçün heç düşünmək istəməyib. Onlar sadəcə internetdən istifadə ediblər.

Texnologiyalardan bu cür asılılıq heç də yaxşı hal deyil. Ancaq internetin bu xüsusiyyətinin dünyanın işlərinə həqiqətən ciddi təsir edib-etməyəcəyini yalnız zaman göstərəcək. (Sputnik)

Məqalədə : internet yaddaş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru