
Xalidə Mikayılova: “Evimin əvəzinə mənə yataqxanada 33 kvadratmetr otaq veriblər”
Mətbuata müraciət edən “Sovetski” sakini Mikayılova Xalidə Sulduz qızı Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılan Köçürmə Komissiyasından şikayətçidir. O bildirir ki, ona məxsu daşınmaz əmlakı aldadaraq ondan alıblar və bunun qarşılığında yataqxanadan azkvadratlı otaq veriblər.
Şikayətçinin sözlərinə görə, ona məxsus ev 22-ci Nərimanov döngəsi, dalan 2, ev 1-də olub və mülkiyyət sənədi varmış: “Amma mənim sənədli evimin əvəzinə yataqxanada azkavadratlı otaq veriblər. Komissiyanın üzvləri Koroğlu Rəhimov küçəsində yerləşən yataqxanadan 42-45 kvadratmetr otaq verildiyi deyildi. Mən də ona inanıb onların göstərdiyi sənədlərə imza atdım. Yerləşəndə biz otağın sahəsini ölçdük və məlum oldu ki, otağın sahəsi 33 kvadratmetrdir. Mən aldadıldığımın fərqinə varanda hiddətləndim. Ağladım. İndi 5 uşağımla birlikdə Köçürmə Komissiyasındayam. Məni qəbul etmirlər. Komissiya sədri, icra başçısının birinci müavini Səməd İslamovun məzuniyyətdə olduğu deyilir. Komissiyanın rəhbər şəxslərindən olan Maliyyə Nazirliyinin nümayəndəsi Cavanşir müəllim isə məni qəbul etmir”.
Xalidə Mikayılova deyir ki, 25 nəfər üzvü olan Köçürmə Komissiyasından haqqını tələb edir: “Mən demirəm mənə pul ver, mənə haqqımı-evimi verin. Mən bozağımdan kəsib pul yığıb 2003-ci ildən “Sovetski”dən ev almışdım. Dedim ölüb gedərəm, balamın qalmağa yeri olsun. Mülkiyyət sənədi olan evimin əvəzinə mənə indi sənədsiz otaq veriblər. Üstəlik məni aldadıblar.
Mənim uşağımın haqqını kəsiblər. Başqa ölkələrdə uşaqlara təminat və təzminat verir, bizdə isə əksinə, uşağın haqqını alıblar. Vicdanları yoxmu?
Prezident “Sovetski”yə gəlmişdi, məmurlar ona deyirdilər ki, sakinlərə evlərinin 2-3 qat artğına ev veriblər, hamı razıdır.
Mənim həyat yoldaşım müharibə veteranıdır. İkinci qrup əlil olan Ayaz Qurbanov hökumətin qəpik-quruş müavinətini almır. Vətəndaşa dəyər verilmir, hüquqlarımız açıq-aşkar pozulur”. (Bizim Yol)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi