Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2016
14:21
Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırılıb - RƏSMİ

Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından verilən məlumatda bildirilir.

Qeyd olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib.

Dəyişikliklərə əsasən, aşağıda qeyd olunan məsələlər Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətlərinə daxil edilib:

- buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək (11 aprel 2016-cı il tarixdə təsdiq edilmiş Nizamnamədə bu, DİM-in hüquqlarına, yeni Nizamnamədə vəzifələrinə aid edilmişdir);

- dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

- dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək, bu barədə hesabat hazırlamaq;

- dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək;

- dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək;

- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək;

- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul etmək;

- dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmaq;

- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək;

- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barədə maarifləndirmə işini aparmaq;

- dövlət qulluqçularının reyestrini aparmaq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatları reyestrə daxil etmək;

- dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

- dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək;

- rəhbər vəzifə tutan dövlət qulluqçuları, habelə ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün təlim kursları təşkil etmək.

Bunlardan başqa, dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək kimi məsələlər də DİM-in hüquqlarına əlavə edilib. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20753

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19342

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20707

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20273

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25806

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20271

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20431
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 14:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru