Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2016
14:39
Əli Abbasov 12 sot torpaq sahəsini tələm-tələsik satıb

“MTN işi”nə görə işdən çıxarılan sabiq nazir əmlaklarını kütləvi şəkildə satışa çıxarıb.

“MTN işi”nə görə vəzifəsindən azad edilən sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıdakı mülklərini kütləvi şəkildə satışa çıxarıb. 

Bu barədə müsavat.com-a məlumat verən mənbə qeyd edib ki, Əli Abbasov metronun “Gənclik” stansiyası yaxınlığındakı – “Zivella” mağazasının arxasındakı 12 sot ərazisi olan torpaq sahəsini tələm-tələsik satıb. Qaynağın sözlərinə görə həmin mülk Əli Abbasovun oğlu Eldar Abbasovun adına olub və dəyərindən xeyli ucuz, 1,5 milyon manata satıb: “Əli Abbasov ümumiyyətlə, Bakı şəhərində olan obyektlərini kütləvi şəkildə satışa çıxarıb, dəyər-dəyməzinə satmaq istəyir. Maraqlıdır ki, “MTN işi” üzrə istintaqın ilk günlərində Əli Abbasovun da bir sıra mülklərinə həbs qoyulmuşdu. Nazir işlədiyi dövrdə onun “sağ əli” olan, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov Məmməd Araz küçəsində (keçmiş Teymur Əliyev) Əli Abbasova möhtəşəm bir villa inşa etdirirdi, hələ tikintisi tam başa çatmamışdı. (Aşağıda həmin villanın şəkli əlavə edilir, bu haqda musavat.com daha öncə də yazmışdı-red.) Vidadi Zeynalovun da həmin ərazidə 3 yanaşı villası vardı. Həmin mülklərə istintaqın ilk dövründə həbs qoyduğu bildirilirdi. Lakin maraqlıdır ki, hazırda Əli Abbasov o villanı da satışa çıxarıb. Bundan başqa, o, Bilgəhdəki bağ evini, şəhərin mərkəzindəki bir neçə obyektini də satır. Güman ki, o, hökumətin başının daha çox referenduma qarışmasından istifadə edərək, gizli şəkildə, dövlətin milyonlarını talayaraq əldə etdiyi mülkləri satıb nağd pula çevirmək istəyir. Çünki gələcəkdə, mümkündür ki, “MTN işi” üzrə məhkəmədə həmin mülklərin rəsmi qaydada onun əlindən alınacağı, dövlət nəfinə keçiriləcəyi şübhəsizdir. Çünki bu mülklər korrupsiya yolu ilə əldə edilib”.(musavat.com)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61375

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60439

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65985

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60258

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60484
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 15:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru