Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2016
11:39
İnternetdən istifadə zamanı bu SƏHVLƏRİ etməyin!

"Hackerlər-soyğunçudurlar. Əgər sizə mane olmağı qərara alıblarsa, onda mütləq buna nail olacaqlar. Amma siz siqnalizasiya sistemi qura bilər, dişləyən köpəyə və daha güvənli seyfə sahib ola bilərsiniz"- deyə Kanadanın tanınmış şirkətlərindən birinin CEO-su Robert Herdzharviköz çıxışında bildirib. Öz çıxışında şəbəkələrin etdiyi sadəlöhv səhvlərdən söhbət açıb. O səhvlər ki, hackerlər çox asanlıqla və peşəkarlıqla bundan sizin əleyhinizə istifadə edir. Gəlin bunlarla tanış olaq.

Sadəlöhvcə seçilmiş şifrə

Bu yalnız adi istifadəçilərin deyil, o cümlədən artıq uzun illərini texnologiyaya sərf etmiş peşəkarların da səhvidir. Məsələn, Zuckerberg-i misal göstərmək olar. Onun hesabının ələ keçməsinin əsas səbəblərindən biri bir neçə saytdan qeydiyyat zamanı eyni şifrədən istifadə etməsi və eyni zamanda şifrəninçox asan-"dadada" olması idi. Bu vəziyyətdə nə etməli? Müxtəlif hesablarda müxtəlif şifrələr istifadə etməli. Xüsusən də şəxsi və iş yazışmalarında fərqli şifrələr istifadə edin. Şifrə8 işarədən az olmamalı, hərf, rəqəm və xüsusi simvollardan istifadə edilməlidir. Və mümkün qədər 12345 kimi şifrələrdən uzaq olmaq sizin xeyrinizədir.

Hər kəsə açıq WiFi zonalardan uzaq durun

Mümkün qədər istifadəyə açıq WiFi zonalarda bank əməliyyatları aparmayın. Çünki sizdən başqa daha kimlərin və hansı qurğuların şəbəkəyə qoşulduğunu bilmirsiniz. Bu yolla çox asanlıqla öz şəxsi məlumatlarınızı qarşı tərəfə ötürə bilərsiniz.

Hackerlərin klassik metodları

Fırıldaqçılığın ən çox tanınan metodu-faylların kompüterdə bloklanmasıdır. Adətən hackerlər kompüteri dondurub, onu açmaq üçün pul tələb edirlər. Bunun qarşısını almaq üçün ilk öncə tanımadığınız e-mailləri açmayın,

fayllarınızı kopyalayın və təbii ki, antivirus sistemini unutmayın. Əgər belə halla rastlaşsanız tez şəbəkəni bağlayın və şəbəkə təhlükəsizliyi ilə məşğul olan şirkətə müraciət edin.

Bank hesablarınız haqda məlumat vermək

Sizə bankdan PİN kodunuzun, doğum tarixinizin, kredit kartı hesabınızın soruşulduğu mesaj gəlsə tez bankın özü ilə əlaqə saxlayıb aydınlaşdırın. (technote.az)

Məqalədə : internet WiFi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
210

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
506

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
380

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
340

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
241

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
322

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 13:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru