Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2016
09:53
Azərbaycanda internet niyə kəsildi?

Dünən saat 16 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəaliyyətində problemlər yaranıb. Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr əmələ gəlib və Delta Telecom-un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb.

Bu barədə öz Facebook səhifəsində Azərbaycan İnternet-Forumunun prezidenti Osman Gündüz yazıb.

Onun sözlərinə görə, internet təminatı qısa müddətdə həll olunsa da, əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb.

"Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla, həm də kommersiya şərtləri ilə öz Data Mərkəzində saxlayır. Delta Telecom-un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil.

Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir", - deyə O.Gündüz vurğulayıb.

Ekspert onu da qeyd edib ki, onda olan məlumata görə, şirkətin bütün texniki heyəti hazırda iş yerindədir və problemin aradan qaldırılması üçün çalışır.

Xatırladaq ki, ötən ilin noyabrında Delta Telecom-da baş verən qəza ilə əlaqədar Azərbaycanın faktiki olaraq bütün ərazisində internetə giriş bağlanmışdı. (virtualaz.org)

Məqalədə : internet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
548

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
415

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru