Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2016
12:22
1184
Bağlanan dörd bankın əmanətçilərinə bu qədər kompensasiya ödəniləcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.

 

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

 

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 mln. 619 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 43 mln. 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.

 

“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

 

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 mln. 206 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 27 mln. 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.

 

A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputatların da pensiyası artacaq

27

İyun
14:10
ÖLKƏ
282

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

27

İyun
14:08
HÜQUQ,HADİSƏ
118

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3120

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3047

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1536

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1354

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
56

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
998
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 14:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru