Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2016
11:31
3295
​Həkim: `Mobil telefonlar onurğa sütunu xəstəliklərini artırıb`

"İnsanlar arasında telofondan istifadə faizinin yüksəlməsi onurğa stünu xəstəliklərini artırıb".

Bunu "Report"a fizioterapevt Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, insanlar telefondan istifadə edərkən bədənlərini əyirlər: "Boyun aşağı sallanmış vəziyyətdə telefonda saatlarla oyun oynayırlar. Bu da onurğada böyük problemlərə gətirib çıxarır. Sinir sıxılmaları, baş ağrıları özünü göstərir. Bundan başqa, telefon radiasiya da yaradır. Ona görə də telefonla çox danışmaq məsləhət görülmür. Nə qədər imkan varsa, o qədər az danışmaq lazımdır. Hətta telefon olmasa, çox gözəl olar".

Həkim bildirib ki, mobil telefonların olmadığı dövrdə insanlarda indiki kimi onurğa xəstəlikləri olmayıb. Hazırda isə bu xəstəliklə bağlı müraciət edənlərin sayı çoxalıb: "Onurğa problemi ilə bağlı müraciət edən xəstələrin müayinəsi, əlamətlərin araşdırılması zamanı narahatlıqların daha çox telefon istifadəsindən yarandığı ortaya çıxır. Problemlə bağlı müraciət edənlər arasında hər yaşdan olanlar var. İnsanın sağlamlığı birinci növbədə onun qamətindədir. Əgər onurğa stünunun qamətində problem yaşanırsa, bu insan sağlamlığına mənfi təsir göstərir. Zaman-zaman fəqərələr burulur, əyilir. Bu, skolioza gətirib çıxaran amillərdən biridir".

Z.Əliyev bildirib ki, bu gün Azərbaycanda onurğa stünu xəstəliklərinin müalicəsində yeni üsullar tətbiq olunur: "Bu üsullar arasında defonaterapiyanı göstərmək olar ki, onunla da Azərbaycanda cəmi bir-iki həkim məşğul olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
189

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
125

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
153

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru