Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2016
12:11
İrəvanda silahlı şəxslər HƏKİMLƏRİ GİROV GÖTÜRÜBLƏR

İrəvanda  post-patrul xidlmətinin  polkunu ələ keçirən silahlı dəstə «Təcili Yardım» briqadasını girov götürüblər. FaktXəbər-in news.am –a istinadən məlumatına görə, bu barədə Ermənistanın  hüquqmühafizə orqanlarından bildirilib.

Polisin Mətbuat Xidmətinin rəhbəri  Aşot Aqaronyan özünün Fəcebook səhifəsində bu barədə məlumat verib: «Bu gecə silahşlı qruplaşmaya istinadən məlumat verildi ki, iki yaralı var. Hüquqmühafizəçilər  yaralılara  yardıma çağırsa da, yox cavabı alıblar. Sonra onların qohumları müraciət ediblər. Hüquqmühafizəçilər  lazım olan bütün şəraiti yaratdılar. Sonra silahlı qruplaşma yaralının vəziyyətinin ağır olduğunu bəyan edərək, həkim tələb etdi. Hadisə yerinə yollanan həkimlər girov götürülüblər. Hüquqmühafizəçilər danışıqlar yolu ilə həkimləri azad etməyə çalışırlar».

Xatırladaq ki, iyulun 17-də  bir qrup silahlı şəxs  Ermənistan polisinin post-patrul  xidmətinin ərazisinə daxil olaraq, orda olan insanları girov götürüblər, "Sasna çrer" qrupunun üzvləri Serj Sarqsyanın  istefasını və "Yeni Ermənistan" cəbhəsindən həbsdə olan müxalifət lideri Jirar Səfilyanın azadlığını tələb edib.

Hücum zamanı bir polis həlak olmuş, 5-i polis olmaqla 6 nəfər yaralanmışdı. Hökumətlə danışıqlardan sonra  iyulun 23-də  qrup üzvləri sonuncu girovları da azad etdilər. Silahlı qruplaşma hələ də binadadır. Polis ərazini mühasirəyə alıb.

Dünəndən etibarən isə silahlı  qrup üzvlərinə  ərzaq verilişi dayandırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 14:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com