Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2016
10:05
1028
İrəvanda vəziyyət daha da gərginləşib - VİDEO

FaktXəbər-in NEWS.am-a istinadla verdiyi məlumata görə, artıq bir neçə gündür ki, aksiyaların davam etdiyi İrəvanda 20-dən çox etirazçı hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən zorla saxlanalaraq məhkəməyə çıxarılıb. Onların arasında "Asparez" jurnalist klubunun səbri Levon Barseqyan da var.

Polis Mətbuat Xidmətindən saxlanılanların dəqiq sayı bildirilməyib.

Qeyd edək ki, iyulun 27-nə keçən gecə polis əməkdaşları "Sasna çrer" qruppu tərəfindən ələ keçirilən post-patrul xidmətinin binası ərazisində atışma olduğu barədə məlumat verib.

Atışma nəticəsində hüquqmühafizə orqanlarının  bir əməkdaşı, həmçinin  "Sasna çrer"  qrupunun üzvləri Pavel Manukyan və oğlu Aram  yaralanıb. Onların hər üçü xəstəxanaya çatdırılıb. Polis təslim olan 2 silahlı qruplaşma üzvü barədə də məlumat verib.

"Sasna çrer" öz növbəsində bəyan edib ki, polislər polkun ərazisinə hücum ediblər, nəticədə azı 3 nəfər qrupp üzvü yaralanıb. Bundan başqa polis 4 qrup üzvünü oğurlayıb.

Xatırladaq ki, iyulun 17-də  bir qrup silahlı şəxs  Ermənistan polisinin post-patrul  xidmətinin ərazisinə daxil olaraq, orda olan insanları girov götürüblər, Serj Sarqsyanın  istefasını və "Yeni Ermənistan" cəbhəsindən həbsdə olan müxalifət lideri Jirar Səfilyanın azadlığını tələb edib.

Hücum zamanı bir polis həlak olmuş, 5-i polis olmaqla 6 nəfər yaralanmışdı. Hökumətlə danışıqlardan sonra  iyulun 23-də  qrup üzvləri sonuncu girovları da azad etdilər. Silahlı qruplaşma hələ də binadadır. Polis ərazini mühasirəyə alıb.

Dünəndən etibarən isə silahlı  qrup üzvlərinə  ərzaq verilişi dayandırılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 15:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru