Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2016
18:05
1257
Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib

Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.

Hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib. 

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir. 

Xəstəxanadan verilən son məlumatda 20 nəfərin bura yerləşdirildiyi bildirilir.

Müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir. 

Əməkdaşımız qeyd edib ki, hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirlməyib. Lakin əraziyə toplaşmaq istəyən mülki əhali və jurnalistlər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar. 

Mərmi qəlpələrinin düşdüyü 2-3 kilometrlik radiusda lokal yanğınlar meydana gəlib. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər görülür.(apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
265

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1889

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
408

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1349

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
479
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 09:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru