Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2016
15:49
Şirvandakı partlayışda yaralıların sayı 20-yə çatıb - YENİLƏNİB - FOTO
İcra hakimiyyətindən partlayışla bağlı AÇIQLAMA

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər gətirilib.

***

Şirvan Şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.

İcra başçısının köməkçisi Vasif Əliyev azvision.az-a deyib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.  

***

Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunmuşdur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilmiş və 3 həkim briqadası hazırda göndərilməkdədir.

Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım təqdim edilir. 

*******

Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.

Artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub. Son xəbərə görə Şirvan rayon xəstəxanasında 6 yaralı gətirilib.

******

FaktXəbər-in musavat.com-a istiadla xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7781

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6574

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8193

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8059

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11767

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7817
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 06:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru