İrəvanda polis binasını ələ keçirənlərə yemək verilişi dayandırılıb - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2016
12:55
1277
İrəvanda polis binasını ələ keçirənlərə yemək verilişi dayandırılıb - VİDEO

FaktXeber.com-un məlumatına görə, İrəvanda polis    post-patrul xidməti polkunun binasını ələ keçinən  silahlı  qrupun üzvlərinə  ərzaq verilməsinə qoymayıb.

 

Parlamentin müxalifətdən olan deputatı  Zarui Postancyan  polis səfi arasından  vətəndaşların gətirdikləri ərzaq paketlərini aparmaq istəyib, lakin polis zabiti buna izn verməyib. 

Dünən  aksiya iştirakçıları hüquq mühafizə orqanının binasını ələ keçirən  silahlı qruplaşmaya dəstək olaraq, hökumətdən onlara yemək verilməsi üçün izn tələb edib.

Mitinqdə bildirilib ki, qrupp üzvləri artıq birneçə gündür ki, yemək, içmək və tibbi yardımdan məhrum olublar, elektrik enerjisinin verilişi dayandırılıb.

Xatırladaq ki, iyulun 17-də  bir qrupp silahlı şəxs  Ermənistan polisinin post-patrul  xidmətinin ərazisinə daxil olaraq, orda olan insanları girov götürüblər, Serj Sarqsyanın  istefasını və «Yeni Ermənistan» cəbhəsindən həbsdə olan müxalifət lideri Jirar Səfilyanın azadlığını tələb edib.

Hücum zamanı bir polis həlak olmuş, 5-i polis olmaqla 6 nəfər yaralanmışdı. Hökumətlə danışıqlardan sonra  iyulun 23-də  qrup üzvləri sonuncu girovları da azad etdilər. Silahlı qruplaşma hələ də binadadır. Polis ərazini mühasirəyə alıb.

İyulun 17-dən bəri silahlı qruplaşmaya qarşı xüsusi əməliyyatın qarşısının alınması üçün polis mühasirəsinin qarşısında piket keçirilir.

İyulun 20-də isə  mitinq işçirakçıları  polis kordonunu qırmağa cəhd ediblər.

Qarşıdurmadan sonra  İrəvan  tibb müəssisəsinə 29-u polis olmaqla 51 nəfər müraciət edib. 136 nəfər saxlanılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 20:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com