Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2016
13:54
Bakıda Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və paytaxtımızda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Təkbətək və geniş tərkibdə görüşlər zamanı nazirlər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini, aktual regional məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə qeyd edib ki, türkiyəli həmkarına münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin gedişi barədə məlumat verib. "Türkiyə böyük regional oyunçu və Minsk qrupunun üzvü kimi, danışıqların gedişindən xəbərdar olmalıdır. Danışıqların intensivləşdirilməsi bizə bu məsələ ilə bağlı razılıq əldə olunacağına dair əsas verir. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir", - deyə E.Məmmədyarov bildirib.

O, həmçinin görüş zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivlərinin müzakirə olduğunu qeyd edib: "Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentləri "Şimal-Cənub" layihəsi üzrə müzakirələr aparacaq. Eyni zamanda biz yeni "İpək yolu" layihəsi üzərində sıx işləyirik. "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin istismara verilməsi ilə bu layihə həyata keçirilə bilər."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com