Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2016
16:51
3240
Balaca qızcığaz avtomobildən çölə uçdu - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Çelyabinsk əyalətində dəhşətli qəza görənləri heyrətə gətirir. Hadisənin təfərrüatları arxadan gələn maşina quraşdırılmış kamerada qeydə alınıb. Kadrlardan görünür ki, Ford markalı avtomobil yoldan  kənarına çıxaraq  bir neçə dəfə çevrilir. Bu hadisəni daha dəhşətli edən isə maşından «uçan» balaca qızcığaz idi. Kamerası olan avtomobil az qalmışdı ki, yolun ortasında qalan qızın üstündən keçsin.

Sonradan məlum olub ki, sürücü idarəetməni itirib. Avtomobildə 3 nəfər olub: uşaq və yəqin ki, valideynləri. Ana özü maşından çıxaraq şok vəziyyətində olan qızına tərəf cumur. Ata maşında ilişib qalsa da, ciddi xəsarət almayıb.

Hüqüqmühafizə orqanların bildirilib ki, arxa oturacaqda oturan balaca sərnişinin kəməri bağlı deyilmiş. O, xəstəxanaya yerləşdirilib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 14:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com