Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2016
14:12
Sabah da buludlu hava olacaq

İyulun 13-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturunun gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%,  gündüz 60-70% təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər  bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz  28-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 13-15-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə : hava buludlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
202

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
277

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
263

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
545
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 04:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru