Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2016
10:38
Bakıda evakuator avtomobili çəkərkən altını qopardı - VİDEO
Belə hallarda dəymiş zərəri kim ödəməlidir?

Evakuator sürücüsünün təhlükəsizlik qaydasına əməl etməməsi yenə də maddi zərərə səbəb oldu.

Bakıda, dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuator apararkən avtomobilin altındakı qoşqu hissəsini qoparıb. Bununla da avtomobilə xeyli ziyan vurub. Baş vermiş hadisə evakuatorların bu cür hadisələrdən sığortalanma məsələsini gündəmə gətirib.

Arxa sağ tərəfdə qoşqu yerindən dartılaraq zərbə alan maşının kuzovu yararsız hala düşüb. Hadisə ötən gün Bakıda baş verib. Bir nəfər bahalı avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru həmin avtomobili cərimə meydançasına aparmaq istəyib.

Sürücü avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yerini zədələyib. Daha doğrusu avtomobili qoşqu ilə çəkərkən altını qoparıb. Avtomobili zədələdiyini ona külli miqdarda ziyan vurduğunu görən sürücü dərhal qoşqu trosunu açıb ərazidən uzaqlaşıb. Həmin vaxt avtomobil əl əyləcindən istifadə edilməklə park edilib. Evakuator da avtomobili qəfildən sürətlə çəkdiyi üçün bu hadisə olub.

Hadisə evakuatorların avtomobil apararkən vurduqları ziyanın qarşılanmasını, daha doğrusu belə hadisələrə qarşı sığortalanması məsələsini aktuallaşdırır. Ekspertlərin sözlərinə görə əksər evakuatorların nəyin ki, apardıqları yükl bağlı, heç özlərinin icbari sığortası belə yoxdur.

Ərşad Hüseynovun sözlərinə görə yol hərəkəti haqqında qanunun 85-ci maddəsində qeyd edilir ki, evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurum qarşılamalıdır. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər. Bu hadisədə başqa bir məqam da evakuator sürücüsünün təhlükəsizlik qaydalarına əməl etməməsidir. (xezerxeber)

Məqalədə : avtomobil evakuator 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43386

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42777

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48294

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 18:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru