Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2016
16:55
Məktəbli formasının bahalaşması ucuz mal satışını canlandırdı

Bakı Tikiş Evinin (BTE ) istehsalı olan məktəbli formaları bahalaşandan valideynlər daha ucuz və keyfiyyətsiz forma istehsalçılarına üz tutub.

Bu haqda BTE-nin satış şöbəsinin rəisi Etibar Əliyev məlumat verib.

O bildirib ki, BTE-də bütün ölçülər üzrə məktəbli formalarının tikilişinə start verilib:

“Kifayət qədər xammal və işçi qüvvəmiz var. Konkret sayı deyə bilmərəm, çünki, biz sifariş əsasında çalışmırıq. Nə qədər alınacaqsa, o qədər də tikəcəyik. Həm də təminat da yoxdur ki, hamı gəlib bizdən alacaq.

Özümüz xammalı Türkiyədən alıb, özümüz də istehsal edirik. Artıq valideynlər satış şöbələrimizə müraciət edərək? övladları üçün formalar almağa başlayıblar.

Doğrudur, əksəriyyət sentyabr ayının əvvəlində məktəb formalarını almağa başlayacaq. Amma kimlər ki, uzun növbə gözləyib əlavə vaxt itirmək istəmir, indidən bizə müraciət edirlər. Bir sözlə ağıllı adamlar indidən tərpənirlər”.

E.Əliyevin sözlərinə görə, iqtisadi çətinliklərlə bağlı nisbətən ucuz mallara üstünlük verənlər də var:

“Bəziləri hətta oradan-buradan gətirilib sexlərdə tikilən və ucuz qiymətə satılan formalara üz tutur. Doğrudur, əksəriyyət bizi seçir, amma ucuz mal istəyənlər də az deyil”.

Qeyd edək ki, BTE-nin istehsalı olan məktəbli formasının qiymətində 8, 5 faiz artım qeydə alınıb. 26-44 ölçülü məktəbli formasının (dəst) qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün isə 32-54 ölçülü formalar 43 manatdan 46 manatadək bahalaşıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 22:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com